İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyana sui-qəsd hazırlayan şəxs HƏBS EDİLDİ

Ermənistanda “Sisakan” dəstəsinin komandiri, “Aşot Erkat” ləqəbi ilə tanınan Aşot Minasyan iki il müddətinə azadlıqdan məhrum edilib.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumatda bildirilir ki, Ermənistan Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü ləğv edərək, Minasyana verilmiş şərti cəzanı real həbs cəzası ilə əvəzləyib.

Qeyd edək ki, Aşot Minasyan 2021-ci ilin dekabrında baş nazir Nikol Paşinyana qarşı sui-qəsd hazırlığında ittiham olunaraq saxlanılıb. Həmin vaxt istintaq orqanları onun üzərindən və yaşadığı ünvandan xeyli silah və sursat aşkar edib. Lakin sübutların yetərsizliyi səbəbindən o, sonradan girov qarşılığında azadlığa buraxılıb.

2024-cü ilin dekabrında Sünik rayon məhkəməsi Minasyanı təqsirli bilərək ona 1 il 10 ay şərti cəza təyin edib. Apellyasiya instansiyasının qərarı ilə bu hökm dəyişdirilərək 2 il real həbs cəzası ilə əvəz olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Oktyabr 2025

16 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR