Onlayn ictimai-siyasi qəzet
Pakistan Hava Limanları İdarəsi Hindistan aviaşirkətləri üçün hava məkanının bağlanması müddətini iyunun 24-dək uzadıb.
Musavat.com xəbər verir ki, məlumatı Dawn yayıb.
Pakistan aprelin 24-də hava məkanını bir ay müddətinə bütün Hindistan aviaşirkətləri üçün bağlayıb.
Hindistan da öz növbəsində Pakistan təyyarələri üçün hava məkanının bağlanması müddətini iyunun 23-dək uzadıb. “Hindustan Times” yazır ki, Pakistanın Hindistan hava məkanından istifadəsinə dair əvvəlki qadağa aprelin 30-dan mayın 23-dək qüvvədə idi.
Pakistan və Hindistan arasında münasibətlər aprelin 22-də Hindistanın şimalındakı məşhur turizm məkanı olan Pahalqam şəhərində terror aktı baş verdikdən sonra pisləşib. Hindistan sübut olmadan terrorda Pakistanı günahlandıraraq, onun ərazisinə zərbələr endirib. Pakistan Senatı yekdilliklə İslamabadın hücumda hər hansı rolunu rədd edən qətnamə qəbul edib.
Eyni zamanda Pakistan ordusu Hindistana Mayın 7-nə keçən gecə Hindistan ordusu Sindoor əməliyyatına başlayıb və Pakistan ərazisində yerləşən infrastruktura və İslamabadın nəzarətində olan Kəşmir bölgələrinə hava zərbələri endirib. Pakistan cavab zərbəsi endirdi. Daha sonra zərbə mübadiləsi davam etdi.cavab zərbələri endirib. Bir neçə gün davam edən qarşılıqlı hava zərbələri daha sonra dayandırılıb.
Musavat.com
24 May 2025
23 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ