İnsanlara hürriyət, millətlərə istiqlal!

Hraparak: Ermənistan baş prokurorunun qardaşı Ermənistanın Elektrik Şəbəkələrində işə düzəlir

Ermənistanın baş prokuroru Anna Vardapetyanın qardaşı, İrəvan Nork-Maraş inzibati ərazi dairəsi rəhbərinin müavini olmuş və ötən ay öz xahişi ilə vəzifəsindən kənarlaşdırılan Tiqran Vardapetyan Nikol Paşinyanın milliləşdirməyə qərar verdiyi Samvel Karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkələri” şirkətində işə düzəlib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli "Hraparak" qəzeti məlumat yayıb.

"Tiqran Vardapetyan Samvel Karapetyanın qardaşı oğlu, ESA direktorunun müşaviri Narek Karapetyanın müşaviri təyin edilib. Bu yaxınlarda Ermənistanın Elektrik Şəbəkələri şirkəti şirkətin sahibi Samvel Karapetyanı tam dəstəklədiyini bəyan edib. Maraqlıdır, baş prokurorun qardaşı da bu bəyanata qoşulubmu", - deyə, qəzet qeyd edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR