İnsanlara hürriyət, millətlərə istiqlal!

Hüseyn Həsənov danışdı: "Əslində hər şey..."

Rusiyada yaşayan azərbaycanlı bloqer Hüseyn Həsənov axtarışa verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Musavat.com xəbər verir ki, o bu barədə instaqram hesabında yazıb.

"Xəbərləri gördüm. Bəli, "qiyabi həbs" gurultulu səslənir, amma əslində hər şey o qədər də dramatik deyil.

Vergilərlə bağlı bütün məsələlər keçən il artıq bağlanmışdı. İndi vəkillərim bu vəziyyət üzərində işləyirlər.

Məsələni həll edəcəyik və nöqtə qoyacağıq. Yanımda olduğunuz üçün təşəkkür edirəm",- o bildirib.
Xatırladaq ki,

Hüseyn Həsənov barəsində Rusiyada cinayət işi açılıb.

O, külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması (yuyulması) maddəsi ilə təqsirləndirilir.
Rusiya Cinayət Məcəlləsinin 174-cü maddəsinin 4-cü bəndinə əsasən, blogeri 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

İş 23 aprel 2025-ci ildə Çertanovski Məhkəməsinə təqdim olunub və artıq məhkəmə blogerin barəsində qiyabi həbs qərarı çıxarıb. Hazırda Həsənov beynəlxalq axtarışa verilib.

Məlumata görə, Həsənov 2024-cü ildən Rusiyada yaşamır. Bəzi mənbələrin iddiasına görə, o, Azərbaycana köçüb. 2024-cü ilin iyununda Moskvanın Vergilər Xidməti Həsənova qarşı 145 min rubl borca görə məhkəməyə müraciət etmişdi. Daha sonra onun restoran və qida çatdırılması ilə məşğul olan şirkətlərinin hesabları dondurulmuşdu.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 May 2025

14 May 2025

BÜTÜN XƏBƏRLƏR