İnsanlara hürriyət, millətlərə istiqlal!

Hüseynqulu Bağırovun məktəbində şagirdə attestat verilmir – İşə məhkəmədə baxılacaq

“Qərb Universiteti Tam Orta Məktəbi”nin 11-ci sinfi bitirmiş bəzi şagirdlərə attestat verməməsi ilə bağlı məlumatlar yayılıb.

Bununla bağlı vəkil Əkrəm Həsənov sosial media hesabında paylaşım edib:

““Qərb Universiteti Tam Orta Məktəbi” 11-ci sinfi bitirmiş bəzi şagirdlərə attestat vermir ki, 2 il ərzində ödənişi etməmisiniz. Halbuki, valideynlər deyir ki, ödəniş nağd qaydada məktəbin rəsmi şəxsinə edilib. Necə ola bilər ki, özəl məktəbdə şagird ödəniş etmədən 2 il təhsil alsın, qidalansın?”

Məsələyə “Qərb Universiteti Tam Orta Məktəbi”nin sosial media hesabından reaksiya verilib.

Bildirilib ki, qeyd edilən şagirdin – Emil Əlizadə Eldar oğlunun təhsil haqqı ödənilmədiyi üçün artıq məktəb tərəfindən məhkəməyə müraciət olunub və yaxın günlərdə işə məhkəmədə baxılacaq:

“Eyni zamanda bildiririk ki, qanunvericiliyə uyğun olaraq təhsil haqqı ancaq nağdsız qaydada qəbul olunur və qeyd olunan şagirdin valideynləri bu haqda məlumatlıdırlar. Belə ki, əvvəlki illərin təhsil haqları həmin şagirdin valideynləri tərəfindən məktəbin bank hesabına ödənilib”.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR