Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin növbədənkənar sessiyası öz işini başa çatdırıb.
Musavat.com xəbər verir ki, spiker Sahibə Qafarova hesabat məzmunlu çıxış edib.
Bildirib ki, növbədənkənar sessiya dövründə Milli Məclis 7 iclas keçirib, 45 qanun və qərar, o cümlədən 2 Konstitusiya qanunu qəbul olunub. Milli Məclisin 19 deputatı xarici ölkələrə səfər edib.
Dövlət himninin oxunması ilə sessiya işini yekunlaşdırıb.
Qeyd edək ki, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyulun 15-dən avqustun 30-dək və yanvarın 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır. Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılır. Növbədənkənar sessiya bitdikdən sonra deputatlar tətilə buraxılır.
E.Paşasoy,
Musavat.com
15 Iyul 2025
14 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ