Onlayn ictimai-siyasi qəzet
Amerikalı pop-ulduz Castin Trüdo ilə görüntüləndi – yaxtadakı isti anlar sosial medianı partlatdı!
Musavat.com New York Post-a istinadən xəbər verir ki, hazırda dünya mediası bu fotolardan danışır.
Amerikalı məşhur pop-ulduz Keti Perri Kanadanın sabiq baş naziri Castin Trüdo ilə birlikdə yaxtada görüntülənib. “New York Post”un yayımladığı fotolarda onların dənizin ortasında bir-birinə səmimi şəkildə sarıldığı və birlikdə vaxt keçirdiyi görünür.
Məlumatlara görə, hadisə Aö dəniz sahillərində baş verib. Yaxtada tək olan cütlüyün isti hava şəraitindən zövq aldığı və bir-biri ilə səmimi söhbətlər etdiyi bildirilib.
Bu fotolar yayıldıqdan sonra sosial şəbəkələrdə böyük rezonans doğurub. İstifadəçilər Perri və Trüdonun münasibətləri barədə müxtəlif fərziyyələr irəli sürür, bəziləri bunu “yeni sevgili cütlük” kimi, digərləri isə sadəcə “dostluq səfəri” adlandırır.
Bəzi media qurumları yazır ki, bu görüş Keti Perrinin son aylarda şəxsi həyatında yaşadığı dəyişikliklər fonunda baş verib. Trüdo isə yaxın vaxtlarda boşanmasından sonra ilk dəfə belə səmimi şəkildə görüntülənir.
Musavat.com
13 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ