Onlayn ictimai-siyasi qəzet
Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini, tibb xidməti polkovniki İftixar Qurbanov vəzifəsindən azad edilib.
Məlumata görə, bu barədə müvafiq əmr imzalanıb.
Digər əmrlə tibb xidməti polkovniki Çingiz Əlləzov həmin vəzifəyə təyin edilib.
Qeyd edək ki, Əməkdar həkim Çingiz Əlləzov Azərbaycanın ilk hərbi neyrocərrahıdır. O, daha əvvəl Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin rəisi işləyib.//Qafqazinfo
22 Iyun 2025
21 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ