Onlayn ictimai-siyasi qəzet
“Qalatasaray”ın argentinalı ulduzu Mauro İkardi sevgilisi China Suarezə sürpriz edib.
Musavat.com xəbər verir ki, futbolçu Suarezin geyindiyi 9 nömrəli formanın üzərinə China adını yazdırıb.
İkardi bununla da kifayətlənməyib - formanı 500 min lirə dəyərində qiymətli daşlarla bəzədib.
Məlumata görə, China Suarez Mauro İkardinin bu jestindən çox təsirlənib. Evlilik yolunda addımlayan cütlük tez-tez bir yerdə görüntülənir. Suarez İkardini dəstəkləmək üçün “Qalatasaray”ın oyunlarını stadiondan izləməyi də unutmur.
Musavat.com
12 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ