Onlayn ictimai-siyasi qəzet
Esra Erolun proqramına qatılan Şükran Bərbəroğlu iki övladının gənc yaşlarında "İncirlik"də xidmət edən ABŞ əsgərlərinə satıldığını bildirib.
Musavat.com “HaberGlobal”a istinadən xəbər verir ki, o, satışın uşaqların atası tərəfindən edildiyini iddia edib.
Ş.Bərbəroğlunun sözlərinə görə, Xədicə adlı uşaq 4, Seçil isə 7 aylıq olub.
Adanada bir çox ailədə rast gəlinən bu vəziyyət ictimaiyyətdə böyük təəccüb yaradıb.
Belə ki, baş verənlər bütün diqqəti Cefri Epşteyn hadisəsinə çevirib.
Musavat.com
10 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ