Onlayn ictimai-siyasi qəzet
Birinci Dünya Müharibəsində qələbənin 80 illiyinə həsr olunmuş hərbi paradda iştirak etmək üçün Pekində olan Azərbaycan Prezidenti İlham Əliyev parad öncəsi iştirakçı dövlət başçıları ilə qeyri-rəsmi söhbətlər aparıb.
Musavat.com xəbər verir ki, Azərbaycan Prezidenti dövlət başçısı həmkarları ilə ünsiyyətdə olarkən binaya Rusiya prezidenti Vladimir Putin daxil olub. Onlar salamlaşdıqdan sonra digər dövlət başçıları ilə ünsiyyətə davam ediblər.
Qeyd edək ki, paraddan əvvəl Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkşilatının sammitində iştirak edən dövlət başçılarının görüşməməsi Rusiya və Azərbaycan mediasının diqqətini cəlb edib.
@@TVmusavat/126130@@
Musavat.com
03 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ