Onlayn ictimai-siyasi qəzet
Türkiyənin izlənmə rekordu qıran “İncir reçeli” filminin üçüncüsü çəkiləcək.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni filmin rejissoru və ssenari müəllifi serialın əvvəlki iki filmini də yazan Aytaç Ağırlardır.
Halil Sezai isə Metin rolunda yenidən tamaşaçılar qarşısına çıxacaq. Sev Yapım-dan Alper Aydının prodüseri olduğu filmin çəkilişləri gələn ay başlayacaq. Aktyor heyəti hələ dəqiqləşməsə də, “İncir reçeli 3”ün yenidən güclü emosional aspektə malik bir ekran işi olacağı deyilir.
Filmin yayım tarixi də hələ dəqiqləşməyib.
Könül
Musavat.com
06 May 2025
05 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ