Onlayn ictimai-siyasi qəzet
"İnfluenser və blogerlər üçün qara xəbər gəldi və qanun dəyişdi. Bundan sonra hər bir influenser və ya bloger sosial media hesablarından etdiyi reklamlarda məcburi şəkildə "reklam", "reklam hüququ əsasında", "sponsorluq" və ya "tərəfdaşlıq" qeydini əlavə etməlidir".
Musavat.com bildirir ki, bu barədə texnobloger Fərid Pərdəşünas sosial media hesabında qeyd edib.
O, həmçinin bildirib ki, influenserə özü istifadə etmədiyi məhsulu istifadə edirmiş kimi göstərib reklam etmək qadağan olunur:
"Hər bir influenser VÖEN sahibi olmalı və hüquqi məlumatlarını qeyd etməlidir.
Azərbaycan qanunvericiliyində influenserlər rəqəmsal platforma təsirçiləri olaraq arlandırıldı. Qanun isə artıq qüvvəyə mindi. Diqqətli olun".
Xalidə Gəray
Musavat.com
23 May 2025
22 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ