Onlayn ictimai-siyasi qəzet
Çindəki Gangnam metro stansiyasının yaxınlığında dəhşətli intihar cəhdi yaşanıb.
Musavat.com xəbər verir ki, hadisə zamanı bir qadın 20-ci mərtəbədən özünü atmağa çalışıb. Lakin hadisə yerində olan şəxslərdən biri inanılmaz reflekslə qadını son anda, saçından tutaraq xilas edib.
Sosial mediada yayılan görüntülərdə, qadının bədəninin böyük hissəsinin artıq binadan kənarda olduğu, lakin bir nəfərin onu yuxarıdan saçından tutaraq buraxmamağa çalışdığı aydın görünür. Hadisə şahidlərinin səyi nəticəsində qadın binanın damına geri çəkilərək sağ-salamat xilas olunub.
Sosial şəbəkələrdə minlərlə izləyici hadisəni şərh edərək, bu səhnəni həm qəhrəmanlıq, həm də möcüzə kimi qiymətləndirib.
Hazırda hadisə ilə bağlı yerli hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Qadının psixoloji vəziyyəti və intihara cəhdin səbəbləri də dəqiqləşdirilir.
Musavat.com
07 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ