İnsanlara hürriyət, millətlərə istiqlal!

İran ərazisində David ulduzu peyda oldu – Natanz yaxınlığında MÜƏMMALI simvol

İranın İsfahan vilayəti yaxınlığında, Natanz nüvə obyekti ətrafında peyk vasitəsilə qeydə alınan maraqlı simvol – altıguşəli David ulduzu (İsrail dövlətinin simvolu) sosial şəbəkələrdə və ekspert dairələrində müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, görüntülər “Google Earth” platformasında müşahidə edilib. Simvolun ətrafında müxtəlif riyazi və simvolik fiqurlar da diqqət çəkir.

İddialara görə, bu cür simvollar vizual nişangah kimi istifadə oluna, həm də psixoloji və ideoloji təsir vasitəsi ola bilər. İsrailin son hücumları fonunda bu simvolun ortaya çıxması xüsusilə maraq doğurub.

Rəsmi mənbələrdən isə hələlik heç bir açıqlama verilməyib.

Simvolun məqsədi və mənşəyi sual doğurur: bu bir təsadüfdür, yoxsa planlı mesaj?

Attachment

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR