İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Hayfanı ballistik raketlə vurdu: Daxili İşlər Nazirliyinin binası hədəf seçildi - VİDEO

İyunun 20-də İran İslam Respublikası İsrailin şimalındakı Hayfa şəhərinə ballistik raket zərbəsi endirib.

Musavat.com xəbər verir ki, sosial mediada yayılan görüntülər, eləcə də hadisə yerinə aid peyk fotoları və yerüstü çəkilişlər hücumun miqyasını və dəqiq koordinatlarını üzə çıxarıb.

Zərbənin hədəfi İsrail Daxili İşlər Nazirliyinin Hayfadakı inzibati kompleksi olub. Partlayışdan sonra yaranan tüstü dumanı şəhərin mərkəzi hissəsini bürüyüb. Sosial şəbəkələrdə yayılan yüksək nöqtədən çəkilmiş fotoşəkildə partlayışın episentrində güclü tüstü müşahidə olunur.

Hadisənin baş verdiyi əraziyə dair peyk görüntülərində və fotolarda bir neçə mühüm bina tanınır. “Zahir Umar Məscidi”, “Beit ha-Mifras” kompleksi və Daxili İşlər Nazirliyinin binası aydın şəkildə seçilir. Mavi, sarı və bənövşəyi rənglərlə işarələnmiş bu obyektlər sayəsində hücumun coğrafiyası dəqiqliklə müəyyən olunub.

Hazırda zərərçəkənlərlə bağlı rəsmi açıqlama verilməsə də, ilkin məlumata görə, əraziyə ciddi maddi ziyan dəyib, bir neçə nəfər yaralanıb. Yaxınlıqdakı nəqliyyat infrastrukturunda da dağıntılar müşahidə olunub.

Qeyd edək ki, Hayfa İsrailin əsas liman şəhərlərindən biri olmaqla yanaşı, həm də sənaye və idarəetmə mərkəzi hesab olunur. İranın bu şəhəri hədəf alması, müşahidəçilərin fikrincə, geosiyasi təzyiqin açıq nümayişidir.

Bu hücum iki ölkə arasında gərginliyin daha da artacağından xəbər verir. İsrailin cavab tədbiri ilə bağlı rəsmi mövqeyi hələlik açıqlanmayıb.

Həmin görüntüləri təqdim edirik:

@@TVmusavat/118649@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR