Onlayn ictimai-siyasi qəzet
Britaniya hüquq-mühafizə orqanları İranın Londondakı səfirliyi yaxınlığında baş verən davadan sonra altı nəfəri saxlayıb.
TASS xəbər verir ki, bu barədə Skotland-Yard nümayəndəsinin bəyanatında deyilir.
"Altı nəfər polis bölməsində saxlanılır. İki nəfərə aldıqları xəsarətlərlə əlaqədar yerində yardım göstərilib, onlar xəstəxanaya yerləşdiriliblər. Polis ərazini mühasirəyə alıb", - bəyanatda bildirib.
“Reuters” agentliyinin məlumatına görə, onlar Londonda İran səfirliyinin yaxınlığında ölkə hökumətinə qarşı keçirilən etiraz aksiyası zamanı saxlanılıblar.//Report
21 Iyun 2025
20 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ