İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqından İsrailə zərbə: "Beynəlxalq hüququ pozursan!" - Bu saziş sual altındadır

Musavat.com xəbər verir ki, “Reuters” agentliyi Avropa Komissiyasının Xarici Siyasət Xidmətinə (EEAS) məxsus daxili sənədə istinadən qalmaqallı bir məlumat yayıb. Həmin sənəddə İsrailin Qəzza zolağında apardığı hərbi əməliyyatların beynəlxalq hüququ pozduğu rəsmi şəkildə qeyd edilir.

Sənədə əsasən, İsrailin fəaliyyəti Avropa İttifaqı ilə İsrail arasında qüvvədə olan Assosiasiya sazişinin 2-ci maddəsinin pozulması kimi qiymətləndirilə bilər. Bu maddə Aİ–İsrail münasibətlərinin əsasını təşkil edir və insan hüquqlarına və demokratik prinsiplərə hörmətin tərəflər arasında əməkdaşlıq üçün təməl şərt olduğunu bəyan edir.

Reuters qeyd edir ki, sənəd hələlik ictimaiyyətə açıq deyil, lakin Brüsseldəki diplomatik dairələrdə ciddi rezonans doğurub. Bəzi Aİ üzv dövlətləri artıq bu məsələ ilə bağlı əlavə izahat tələb edirlər.

Xatırladaq ki, Aİ ilə İsrail arasında Assosiasiya sazişi 2000-ci ildən qüvvədədir və iqtisadi, siyasi və texniki əməkdaşlığı əhatə edir. Əgər İsrailin bu sazişi pozduğu rəsmi şəkildə tanınarsa, bu, tərəflər arasında münasibətlərin dondurulmasına və ya yenidən qiymətləndirilməsinə səbəb ola bilər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyun 2025

20 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR