İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Prezidenti Pezeşkian müşavirə çağırdı

İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkian ölkədə əhalinin zəruri ehtiyaclarının qarşılanması ilə bağlı intensiv hökumət müşavirələrinə başlayıb.

Musavat.com xəbər verir ki, İranın “Tasnim” agentliyinə istinadən yayılan məlumatda bildirilir ki, dövlət başçısı səhiyyə, neft və kənd təsərrüfatı nazirləri ilə ayrı-ayrılıqda görüş keçirib.

Görüşlərdə əsas diqqət əhaliyə göstərilən xidmətlərin səmərəliliyinin artırılmasına və bu sahədə daha çevik və strateji yanaşmanın tətbiqinə yönəlib.

Prezident Pezeşkian qeyd edib ki, ölkənin mövcud sosial-iqtisadi vəziyyəti daha güclü koordinasiya və planlaşdırma tələb edir. O, bu istiqamətdə digər qurumların nümayəndələri ilə də məsləhətləşmələrin davam etdiriləcəyini bildirib.

Musavat.com

 

 

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR