İnsanlara hürriyət, millətlərə istiqlal!

İran raketi “Microsoft” binasının yaxınlığında partladı – Texnoloji əməkdaşlıq İsrail ordusunu hədəfə çevirdi

İsrailin cənubunda, Bеer-Şeva şəhərində baş verən raket hücumu beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib.

Musavat.com xəbər verir ki, yerli mənbələrin məlumatına görə, İran tərəfindən buraxıldığı ehtimal edilən raket “Microsoft”un regional ofisinin yerləşdiyi əraziyə düşüb. Partlayış nəticəsində binaya birbaşa zərər dəyməsə də, hadisə bölgədə böyük təşviş yaradıb və təhlükəsizlik orqanlarının fəaliyyətə keçməsinə səbəb olub.

Məlumatlara görə, “Microsoft” şirkəti İsrail ordusu ilə süni intellekt və raket əleyhinə müdafiə sistemləri sahəsində əməkdaşlıq edir. Şirkət xüsusilə də İsrailin “Dəmir Günbəz” hava hücumundan müdafiə sisteminin təkmilləşdirilməsində mühüm texnoloji tərəfdaş sayılır. Bu əməkdaşlıq fonunda, hücumun təsadüfi deyil, məqsədli olduğu ehtimal edilir.

İsrail hərbi mənbələri hadisəni planlaşdırılmış və simvolik bir mesaj kimi qiymətləndirirlər. Onların fikrincə, İran texnologiya sahəsindəki əməkdaşlıqları da artıq hədəf seçməkdədir. Hadisə nəticəsində xəsarət alanlar barədə hələlik məlumat verilməyib, lakin bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.

Təhlükəsizlik üzrə beynəlxalq ekspertlər hadisəni texnoloji münaqişələrin və kibermüharibənin yeni mərhələsi kimi dəyərləndirirlər. Onların fikrincə, bu cür hücumlar Qərb texnologiya şirkətlərinin müasir münaqişələrdə dolayısı ilə iştirakçıya çevrildiyini göstərir.

“Microsoft” hadisə ilə bağlı rəsmi açıqlama verməsə də, şirkətin əməkdaşlarının təhlükəsiz şəkildə təxliyə edildiyi və yerli orqanlarla əlaqədə olduğu bildirilir. Hadisənin təsirləri və səbəbləri ilə bağlı araşdırma davam edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR