İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda qisas əməliyyatı: SEPAH-ın məşhur komandiri GÜLLƏLƏNDİ

İranın Sistan və Bəlucistan vilayətinin Saravan şəhərində SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) mühüm kəşfiyyat əməliyyatçılarından biri Oranq Sorizahi güllələnərək öldürülüb.

Musavat.com xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Hadisə şahidlərinin sözlərinə görə, silahlı şəxslər Sorizahinin avtomobilinə yaxınlaşaraq onu yaxın məsafədən atəşə tutublar.

Məlumata görə, Oranq Sorizahi SEPAH-ın həm ölkə daxilində, həm də xaricdə fəaliyyət göstərən cəza dəstələrinə rəhbərlik edirdi. Bu dəstələr müxaliflərin öldürülməsi və “Ceyş əl-Ədl” qruplaşmasının üzvlərinin izlənilməsi ilə məşğul olurdular.

O, 2014-cü ildən etibarən bu qrupun rəhbəri olub və 2022-ci ilin payızında baş vermiş etiraz aksiyaları zamanı fəal iştirak edən şəxslərin müəyyən edilərək saxlanmasında əsas rol oynayıb.

Bundan əlavə, onun rəhbərlik etdiyi qrup insanları girov götürür, daha sonra onların ailələrindən fidyə tələb edirdi.

Qeyd edək ki, daha əvvəl də Sorizahiyə qarşı pusqu qurulub, lakin həmin cəhd uğursuz olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2025

20 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR