İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandan DƏHŞƏTLİ RAKET HÜCUMU: İsraildə ölənlərin sayı ARTIR - VİDEO

İran son 5 hücum dalğasında İsrailə 11 raket atıb.

Musavat.com xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, İran raketlərinin Beer-Şevanı vurması nəticəsində 8 nəfər ölüb, azı 30 nəfər yaralanıb.

***

08:19

Xəbər verdiyimiz kimi, İran İsrailə raket hücumu həyata keçirib.

Raketlərdən biri İsrailin cənubunda yerləşən Beer-Şeva şəhərində yeddimərtəbəli binaya düşüb.

Musavat.com "Al-Jazeraa"ya istinadən xəbər verir ki, Beer-Şeva şəhərində ölənlərin sayı 6-ya çatıb.

Hazırda hadisə yerində axtarış tədbirləri davam etdirilir, 10-a yaxın insan yaralanıb, itkin düşənlər var.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR