Onlayn ictimai-siyasi qəzet
Aktrisa Oksana Rəsulova Moldovaya yollanıb.
Musavat.com xəbər verir ki, sənətçi “M.Teatr”la birgə “Moldfest”ə yola düşüb.
Oksana teatr festivalında “Yad qadının məktubu” tamaşasını oynayacaq.
Qeyd edək ki, məhşur avstriya yazıçısı Ş.Svayqın “Yad qadının məktubu” novellası əsasında hazırlanmış eyniadlı tamaşanın quruluşçu rejissoru Xalq Artisti Vidadi Həsənov, bəstəkarı Röya Hüseynova, rəssamı Ülkər Əliyevadır.
Tamaşada rolları Vidadi Həsənov (Hakim), Oksana Rəsulova (Qadın) və Ziya Ağa (Yazıçı) ifa edirlər.
21 may tarixində teatrın yaradıcı heyəti Ştefan Svayqın “Yad qadının məktubu” tamaşası ilə “Konya Tantavi Kültür ve Sanat Merkezi”nin səhnəsində Türkiyə tamaşaçıları və xarici ölkələrdən qatılan sənətçilər qarşısında çıxış etmişdi.
Könül
Musavat.com
24 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ