Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp iddia edir ki, iyunun 22-də endirilən zərbələr İranın nüvə obyektlərini məhv edib.
Musavat.com xəbər verir ki, bunu o, Truth Social hesabında qeyd edib: "Peyk görüntülərindən göründüyü kimi, İrandakı bütün nüvə obyektlərinə monumental ziyan dəyib. Məhv etmək - ən dəqiq termindir!".
Tramp bildirib ki, ən böyük zərər yerin altındakı obyektlərə dəyib: "Ən böyük zərər yer səviyyəsindən çox aşağıda vuruldu. Düz gözündən"!
Musavat.com
23 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ