Onlayn ictimai-siyasi qəzet
İrandan endirilən raket zərbələrinə görə İsraildə dəyən maddi ziyanın ödənilməsi üçün 38 mindən çox iddia qaldırılıb.
Musavat.com xəbər verir ki, bu statistika İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelmanın dərc etdiyi hesabatda yer alıb.
Hesabatda qeyd olunur ki, Vergi orqanlarına dəymiş ziyanın ödənilməsi ilə bağlı 38 700 iddia müraciəti qeydə alınıb.
Gendelman qeyd edib ki, 30,8 mindən çox iddia binalara, 3,7 mini avtomobillərə, digər 4 minə isə digər əmlaka dəymiş ziyanla bağlıdır.
Bundan əlavə, yəhudi dövlətində 15,5 mindən çox insan atışma zamanı evlərini itirib.
Hesabata əsasən İran 12 günlük qarşıdurma zamanı İsrail istiqamətində 550-yə yaxın raket atıb. Bundan əlavə, iranlılar İsrail istiqamətində 1000-dən çox pilotsuz uçan aparat göndəriblər. Raket və dron zərbələri nəticəsində 28 nəfər həlak olub, daha 1472 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Gendelman bildirib ki, yaralılardan 15-nin vəziyyəti ağır, 58-nin vəziyyəti orta ağırdır, 1399 nəfər isə yüngül xəsarət alıb.
Musavat.com
25 Iyun 2025
24 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ