Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, İsrail Ordusu Tehranın 7-ci bölgəsində yaşayan sakinlərə təhlükəsizlik məqsədilə ərazini tərk etməyi tövsiyə edib.
Rəsmi xəbərdarlıqda qeyd olunub ki, yaxın saatlarda həmin ərazidə hərbi hədəflərə qarşı xüsusi əməliyyatların həyata keçirilməsi gözlənilir.
Bildirilir ki, xəritədə xüsusi işarələnmiş zonada qalmaq həyat üçün ciddi risk yaradır.
Müraciətdə deyilir:
"Müdafiə qüvvələrinin son günlər ərzində İranın müxtəlif bölgələrində apardığı hədəfli zərbələr 7-ci bölgəyə də yayılacaq. Sakinlərdən şəxsi təhlükəsizliklərini təmin etmək üçün dərhal həmin ərazidən uzaqlaşmaları xahiş olunur".
Buna cavab olaraq, SEPAH israillilərə Ramat Qan bölgəsini (Təl-Əvivin rayonu) boşaltmaları üçün ivrit dilində xəritəli xəbərdarlıq edib.
Musavat.com
24 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ