Onlayn ictimai-siyasi qəzet
İsrailin müdafiə naziri İsrael Kats İranın ali lideri Əli Xameneiyə qarşı açıq şəkildə təhdid səsləndirib. Onun sözlərinə görə, İsrail Xameneini fiziki olaraq aradan qaldırmaq istəyib, lakin əməliyyat üçün uyğun imkan olmayıb.
Musavat.com xəbər verir ki, İsrail Kats bu bəyanatla çıxış edərkən deyib: “Biz Xameneini aradan qaldırmaq istəyirdik, lakin bunun üçün əməliyyat şəraiti yaranmadı. Əgər o, nəzarətimizdə olan sahədə olsaydı, bu addımı atardıq”. Nazir əlavə edib ki, İsrail üçün İranın ali rəhbərliyi hələ də birbaşa təhlükə mənbəyidir.
Musavat.com
27 Iyun 2025
26 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ