İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda Rusiya-Ukrayna danışıqları: Çırağan sarayında təhlükəsizlik tədbirləri gücləndirildi  

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında növbəti danışıqların keçirilməsi üçün hazırlıqlar davam edir.

Musavat.com xəbər verir ki, görüş İstanbulun məşhur Çırağan Sarayında baş tutacaq. Saray ətrafında ciddi təhlükəsizlik tədbirləri görülüb, giriş-çıxış məhdudlaşdırılıb və ərazi polis nəzarətinə alınıb.

Kremlin sözçüsü Dmitri Peskov Rusiya nümayəndə heyətinin İstanbul danışıqlarına yola düşdüyünü təsdiqləyib. Rusiya heyətinə prezidentin köməkçisi və danışıqlar üzrə baş nümayəndə Vladimir Medinski rəhbərlik edir.

Peskovun sözlərinə görə, görüş çərşənbə günü planlaşdırılıb və əsas mövzular qarşılıqlı memorandumlardan irəli gələn nizamlama layihələri və qarşılıqlı mübadilələrin davamı ilə bağlı olacaq. O, danışıqların çətin keçəcəyini də etiraf edib, çünki tərəflər tərəfindən təklif edilən memorandumlardakı mövqelər diametral şəkildə ziddiyyətlidir.

Qeyd edək ki, Rusiya və Ukrayna arasında son vaxtlar vasitəçilərin cəlb edilməsi ilə sülh müzakirələrinin yenidən canlandırılması təşəbbüsləri gündəmdədir. İstanbulda keçiriləcək bu görüş isə iki ölkə arasında uzun fasilədən sonra təşkil olunan nadir diplomatik təmaslardan biri kimi qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyul 2025

26 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR