İnsanlara hürriyət, millətlərə istiqlal!

İranla bağlı ŞOK - Buna səssiz qalmayacağıq!

ABŞ prezidenti Donald Tramp İranla bağlı növbəti dəfə sərt danışıb.

Musavat.com-un xarici mediaya istinadən xəbərinə görə, Tramp bildirib ki, Tehran son hadisələr nəticəsində ciddi itkilərlə üzləşib və bu, tamamilə haqlı bir cavab olub.

O, açıqlamasında Vaşinqtonun İranın nüvə silahı əldə etməsinə heç vaxt icazə verməyəcəyini vurğulayıb. Trampın sözlərinə görə, İran rəhbərliyi yaşanan gərginliyə rəğmən, hələ də uranın zənginləşdirilməsi istiqamətində inadkarlıq göstərir.

“Uranla bağlı planlarından hələ də əl çəkməyiblər. Bu qədər təhlükəli vəziyyətdən çıxmalarına baxmayaraq, geri çəkilmək niyyətində deyillər. Bu nə dərəcədə məsuliyyətsizlikdir? ABŞ buna səssiz qalmayacaq”, – deyə, o əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR