Onlayn ictimai-siyasi qəzet
Rusiya Ukraynaya cəbhənin ayrı-ayrı sahələrində 2-3 günlük atəşkəs təklif edib.
Musavat.com xəbər verir ki, bu barədə İstanbulda keçirilən danışıqlardan sonra Rusiya prezidentinin köməkçisi Vladimir Medinski məlumat verib.
Onun sözlərinə görə, qısamüddətli atəşkəs təklifi həlak olanların cəsədlərinin toplanması üçün irəli sürülüb.
Medinski qeyd edib ki, Rusiya danışıqlar zamanı Ukrayna tərəfinə iki hissədən ibarət memorandum təqdim edib.
“Memorandumun ikinci hissəsində atəşkəsin əldə olunması üçün bir sıra yollar nəzərdə tutulur. Ukrayna Rusiya Federasiyasının atəşkəslə bağlı təklifini araşdıracaq”, – deyə o əlavə edib.
Medinski həmçinin bildirib ki, Rusiya Ukraynaya 6000 ukraynalı hərbçinin cəsədini təhvil verəcək.
“Bir neçə praktiki məsələləri həll etdik. Birincisi, biz birtərəfli qaydada ölmüş Ukrayna əsgər və zabitlərinin 6 min donmuş cəsədini Ukrayna tərəfinə təhvil veririk. Bu cəsədlər bizdə saxlanılırdı. Mümkün qədər hamısını identifikasiya etdik, DNT testləri apardıq və kim olduqlarını müəyyənləşdirdik. Gələn həftə bu cəsədləri xüsusi təşkil olunmuş heyətlə birbaşa və nizamlı şəkildə Ukrayna tərəfinə təhvil verəcəyik ki, onlar öz əsgərlərini dəfn edə bilsinlər. Bilmirəm, onların da bizə vermək istədikləri cəsədləri varmı, əgər varsa, biz də qəbul etməyə hazırıq”, – deyə Rusiya nümayəndə heyətinin rəhbəri bildirib.
O, tərəflərin 25 yaşadək olan ağır yaralılar və əsirlərin mübadiləsi barədə razılığa gəldiyini də təsdiqləyib.
Musavat.com
05 Iyun 2025
04 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ