Onlayn ictimai-siyasi qəzet
RF-nin tərkibindəki Çeçenistanın Şali şəhər məhkəməsində dövlət ittihamçısı çeçen müxalifətçi Yanqulbayevlərin anası Zarema Musayevanın koloniyanın işini pozduğuna görə daha 4 il həbs cəzasına məhkum olunmasını istəyib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Musayevanı penitnsiar xidmət zabitinə hücum etməkdə və onun boynunu cırmaqlamaqda ittiham edirlər.
Hüquq müdafiəçilərinin sözlərinə görə, şahidlərdən heç biri bunu görməyib. İttiham cəzaçəkmə müəssisəsinin işini pozma maddəsi ilə irəli sürülüb.
Zarema Musayeva artıq 3 ildir ki, cəza çəkir. O, əvvəllər dövlət məmuruna qarşı zorakılıq tətbiq etdiyinə görə 5 il yarım müddətinə həbs cəzasına məhkum olunub. Z.Musayeva 2022-ci ildə Nijni Novqorodda saxlanılaraq Çeçenistana aparılıb.
Musayeva Çeçenistan hakimiyyətinin tanınmış tənqidçiləri Abubakar, İbrahim və Baysanqur Yanqulbayevin anasıdır. O, həm də Çeçenistan Ali Məhkəməsinin keçmiş hakimi Səid Yanqulbayevin həyat yoldaşıdır. Hüquq müdafiəçiləri əmindirlər ki, Musayevanın təqibi onun oğullarının siyasi fəallığı ilə bağlıdır.
Musavat.com
25 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ