İnsanlara hürriyət, millətlərə istiqlal!

Əl-Babda xüsusi əməliyyat - İŞİD komandiri və ailəsi ÖLDÜRÜLDÜ

ABŞ hərbçiləri Suriyanın şimalında, Əl-Bab şəhəri yaxınlığında əməliyyat keçirib və nəticədə terror təşkilatı İŞİD-in yüksək rütbəli komandiri Diyə Zavba Muslih əl-Xardani məhv edilib.

Musavat.com xəbər verir ki, bu barədə cümə günü ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Amerikan tərəfinin verdiyi məlumata görə, əl-Xardanı ilə birlikdə onun iki oğlu, Abdulla Diyə əl-Xardani və Abd ər-Rəhman Diyə Zavba əl-Xardani də öldürülüb.

Hər ikisinin də İŞİD ilə əlaqəsi olduğu və ABŞ qüvvələri, beynəlxalq koalisiya və Suriya yeni hökuməti üçün təhdid təşkil etdiyi bildirilir.

Hadisə yerində olan üç qadın və üç uşaq isə zərər görməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR