İnsanlara hürriyət, millətlərə istiqlal!

Kaluqada müəllim milli qvardiyanın beş avtomobilini yandırıb

Kaluqada Rusiya milli qvardiyasının 5 avtomobilini yandırmaqda şübhəli bilinən 27 yaşlı müəllim saxlanılıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, fövqəladə hadisə idarənin inzibati binasının düz yanında baş verib. Yanğın digər avtomobillərə keçməzdən əvvəl söndürülüb.

Şübhəli şəxs hadisədən təxminən yarım saat sonra gecə yarısı yaxalanıb. Onun ingilis və coğrafiya müəllimi işləyən yerli sakin İrina olduğu üzə çıxıb. Qadın hazırda analıq məzuniyyətindədir və üç aylıq körpəsi var.

İlkin məlumata görə, qadın telefon fırıldaqçılarının qurbanına çevrilmiş ola bilər. Mənbələr onun klassik sxemlə aldadıldığını, pulunun ələ keçirildiyini, vəsaitin geri qaytarılması şərti olaraq, yanğın törətməyə məcbur edildiyini iddia edirlər.

Dindirilmə zamanı İrina niyə belə bir şey etdiyini açıq şəkildə izah edə bilməyib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 May 2025

BÜTÜN XƏBƏRLƏR