Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Uzaq Şərqində – Şkota adasından təxminən 500 metr aralıda yerləşən Petr Böyük körfəzində qorxulu hadisə baş verib.
Musavat.com “İzvestiya"ya istinadla xəbər verir ki, “Merlion” adlı katamaran qəfil alova bürünüb.
Hadisə zamanı şans əsəri gəmidə sərnişin olmayıb. Yalnız ekipaj üzvləri olub və onlar yanğın sürətlə yayılmadan əvvəl vaxtında evakuasiya olunublar.
Sosial şəbəkələrdə yayılan görüntülərdə alovu bürüyən gəmi və göyə qalxan nəhəng qara tüstü buludları açıq-aydın görünür.
Hadisənin səbəbləri araşdırılır. Ekspertlər ilkin ehtimal kimi texniki nasazlığı göstərirlər.
Musavat.com
29 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ