İnsanlara hürriyət, millətlərə istiqlal!

“Keçmişin kölgələri – Türk dünyası tarixinin müqayisəli təhlili” layihəsinə start verildi

Demokratiya və Qadın Təşəbbüsləri İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Keçmişin kölgələri – Türk dünyası tarixinin müqayisəli təhlili” adlı layihənin icrasına başlayıb.

Musavat.com-un xəbərinə görə, layihənin əsas məqsədi türk dünyasının tarixində sual doğuran, mübahisəli və ictimai maraq doğuran məqamları araşdırmaq, onların ictimaiyyətə elmi əsaslarla çatdırılmasına dəstək verməkdir.

Layihə çərçivəsində tariximizin müxtəlif dövrlərində baş vermiş hadisələrə dair sualların müzakirə olunduğu 7 qısa veriliş hazırlanacaq. Hər bir verilişdə tarixçilər və ekspertlərin iştirakı ilə fərqli mövzulara toxunulacaq, geniş auditoriya üçün maarifləndirici materiallar təqdim ediləcək.

Bununla yanaşı, layihə çərçivəsində 5 elmi-kütləvi məqalə hazırlanaraq müxtəlif media platformalarında yayımlanacaq. Məqalələrdə türk dünyası tarixinin müqayisəli təhlili aparılacaq, oxuculara dərin təhlillər və fərqli baxış bucaqları təqdim ediləcək.

Layihə, həmçinin tarixə maraq göstərən gənclərin və ictimaiyyətin diqqətini bu mövzulara yönəltməklə, elmi biliklərin geniş auditoriyaya çatdırılmasını hədəfləyir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 May 2025

BÜTÜN XƏBƏRLƏR