İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kilsəyə nəzarət Türkiyə ilə birbaşa əlaqəyə yol açır” - ŞOK İDDİA

Ermənistanın revanşist dairələrinə yaxınlığı ilə tanınan politoloq Stepan Danielyan özünün “Facebook” səhifəsində sensasiyalı və Azərbaycana qarşı yönəlmiş bəyanatlarla çıxış edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Danielyan ölkə daxilində Ermənistan Apostol Kilsəsinə qarşı atılan addımları məqsədli şəkildə Türkiyə və Azərbaycanla yaxınlaşma siyasətinin tərkib hissəsi kimi təqdim etməyə çalışır.

Onun iddiasına görə, hakimiyyət kilsə üzərində nəzarəti gücləndirməklə guya ölkənin “yeni sahibi” olan tərəflərə – Türkiyə və Azərbaycana – strateji obyektləri təhvil verməyə hazırlaşır.

Danielyan öz paylaşımında yazır:

“2026-cı ildə yenidən hakimiyyətdə qalmaq şansı olmayan qüvvələr:

– rəqibləri sıradan çıxarmalı, qorxu mühiti yaratmalı;

– xarici sponsor tapmalıdırlar.

Bu sponsorlar isə Türkiyə və Azərbaycandır. Onların təsir zonasına daxil olmaq üçün qoyulan tələblər yerinə yetirilməlidir”.

Revanşist politoloq iddia edir ki, ölkədəki “diktatura cəhdləri”nə qarşı çıxan son müqavimət ocaqları kilsə və diasporadır, bu sahələr də nəzarət altına alınmalıdır.

Onun fikrincə, kilsənin “ələ keçirilməsi” regionda yeni geosiyasi dəyişikliklərə zəmin yarada bilər və bu zaman su təsərrüfatı, enerji şəbəkələri, dəmir yolları kimi obyektlərin “yeni sahib”ə – yəni Türkiyə və Azərbaycana – verilməsi reallaşa bilər.

Danielyan daha da irəli gedərək Ermənistandakı atom elektrik stansiyasının bağlanmasını və Zəngəzur dəhlizinin açılmasını da bu prosesin “tələb olunan” elementləri kimi göstərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyul 2025

12 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR