İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevdə FSB-nin 17 yaşlı agenti ifşa olundu: Hərbi komissarlığı partlatmaq istəyirdi

Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın xüsusi xidmət orqanları tərəfindən planlaşdırılan terror aktının qarşısını alıb. Hadisə barədə məlumat xidmətin mətbuat xidməti tərəfindən yayılıb.

Musavat.com xəbər verir ki, Kiyevdə törədilməsi planlaşdırılan partlayışın arxasında cəmi 17 yaşlı yeniyetmə dayanıb.

Məlumata görə, həmin yeniyetmə əvvəllər hərbi avtomobillərin yandırılması ilə bağlı saxlanılmışdı. Azadlığa çıxdıqdan sonra o, yenidən Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) ilə əlaqə yaradıb və Kiyevdəki hərbi qeydiyyat və çağırış idarəsini partlatmaq tapşırığını alıb. O, bu məqsədlə gizli yerdə saxlanılan partlayıcı maddəni əldə etməyə çalışarkən saxlanılıb.

Hazırda ona qarşı terror aktı hazırlığı, cinayətkar qrupda iştirak və dövlətə xəyanət maddələri ilə ittiham irəli sürülüb. Bu ittihamlarla 17 yaşlı gənc 12 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 May 2025

BÜTÜN XƏBƏRLƏR