Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın Konqresin təsdiqi olmadan İrana zərbələr endirmək qərarı Konstitusiyanın ciddi şəkildə pozulmasıdır və impiçment üçün əsas ola bilər.
Musavat.com xəbər verir ki, bu fikri Nyu-Yorkdan demokratlar partiyasının nümayəndəsi, Nümayəndələr Palatasının üzvü Aleksandriya Okasio-Kortez "X" platformasında yayımladığı açıqlamasında bildirib.
“Prezidentin Konqresin icazəsi olmadan İranı bombalamaqla bağlı fəlakətli qərarı konstitusiyanın və Konqresin müharibəni idarə etmək səlahiyyətinin kobud şəkildə pozulmasıdır.”, – deyə o vurğulayıb.
Okasio-Kortezin sözlərinə görə, Tramp ölkəni bir neçə nəsli təsirləndirə biləcək müharibə astanasına gətirib.
“Bu, impiçment üçün tamamilə açıq və birmənalı əsasdır”, – deyə o bildirib.
İqbal RZAYEV,
Musavat.com
22 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ