İnsanlara hürriyət, millətlərə istiqlal!

"Koroğlu körpüsü"ndə təhlükəli vəziyyət: AAYDA "temperatur şovu" deyir, amma…

Bakının ən çox istifadə olunan körpülərindən birində təhlükəli vəziyyət yaranıb.

Musavat.com xəbər verir ki, metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən və ictimaiyyətdə “Koroğlu körpüsü” kimi tanınan keçiddə iri çatlar əmələ gəlib.

Görüntülərdə vəziyyətin kifayət qədər təhlükəli olduğu açıq şəkildə görünür.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bunu “temperatur şovu” kimi izah edib. Bildirib ki, bu aşırım qurğusunun konsol dayağa oturacaq hissəsində dayaqla aşırım qurğusu arasındakı deformasiya tikişidir (temperatur şovu). Çat deyil, belə olmalıdır.

Lakin digər dayaq oturacaqlarında da “temperatur şovu” müşahidə etdikdə mənzərənin fərqli olduğunu görmək mümkündür. Belə ki, həmin dayaq oturacaqlarda məsafə bu qədər geniş deyil. Hazırda təhlükəli olduğunu qeyd etdiyimiz dayaq nöqtəsindəki genişlənmənin sonradan yaranması istisna edilmir.

AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədovun müavini Eyvaz Qocayev və mütəxəssislər hadisə yerindədir.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR