Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə danışıqlar aparmaq təklifi Kreml tərəfindən ciddi və səmimi sülh təşəbbüsü kimi qiymətləndirilir.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib. O bildirib ki, Moskvanın danışıqlardakı əsas məqsədi münaqişənin köklü səbəblərini aradan qaldırmaq və Rusiyanın maraqlarının təmin olunmasına nail olmaqdır.
“Prezident Putinin Ukrayna ilə danışıqlara başlamaqla bağlı təklifi tamamilə ciddi və düşünülmüş addımdır. Bu, Rusiyanın münaqişəyə sülh yolu ilə son qoymaq üçün real niyyətini əks etdirir”, – deyə Peskov qeyd edib.
O əlavə edib ki, Rusiya tərəfi beynəlxalq hüququ və dövlət maraqlarını əsas götürərək, sülhə aparan yolun tapılmasında israrlıdır.
Xatırladaq ki, son günlər Ukrayna tərəfi də Rusiya ilə danışıqlara başlamağın mümkünlüyünü yalnız davamlı atəşkəsin əldə olunması şərti ilə gündəmə gətirib. Belə görünür ki, tərəflər arasında yeni diplomatik mərhələyə keçid üçün zəmin yaranmağa başlayır.
Musavat.com
12 May 2025
11 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ