Onlayn ictimai-siyasi qəzet
İsrailin baş naziri Benyamin Netanyahu verdiyi dəstəyə görə ABŞ prezidenti Donald Trampa təşəkkür edib.
Musavat.com xəbər verir ki, o, bu barədə X hesabında paylaşım edərək, ölkələrin ümumi düşmənlərini məğlub etmək üçün birgə işləməyə davam edəcəklərini bildirib.
Netanyahu həmçinin Yaxın Şərqdə İsrailin diplomatik əlaqələr qurduğu ölkələrin sayının tezliklə artacağına ümid etdiyini bildirib və bunu “sülh dairəsi” adlandırıb:
“Prezident Tramp, mənə mühüm dəstəyinizə və İsrailə, yəhudi xalqına hədsiz dəstəyinizə görə təşəkkür edirəm.
Biz ümumi düşmənlərimizi məğlub etmək, Qəzza zolağında girovlarımızı azad etmək və sülh dairəsini tez bir zamanda genişləndirmək üçün birlikdə işləməyə davam edəcəyik”.
Daha sonra o, əvvəl Trampın “Truth Social”da dərc etdiyi mesajının tam mətninin ivrit dilinə tərcüməsini təqdim edib.
Amerika prezidenti orada rüşvətxorluq və dələduzluqda ittiham olunan Netanyahunun İsraildə mühakimələrinə dərhal son qoymağa çağırıb. Trampın sözlərinə görə, İsrailin baş naziri ölkəsi üçün çox işlər görmüş “böyük qəhrəmana” çevrilib və buna görə də ABŞ prezidenti hesab edir ki, Netanyahu əfv edilməlidir.
Musavat.com
26 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ