İnsanlara hürriyət, millətlərə istiqlal!

Krıma gedən Rusiya hərbi qatarı partladıldı – Ukrayna kəşfiyyatından səs-küylü açıqlama

Hadisə ilə bağlı məlumatı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi yayıb.

Musavat.com xəbər verir ki, 2025-ci il mayın 31-nə keçən gecə Melitopol rayonunun müvəqqəti işğal altında olan Akimovka qəsəbəsi yaxınlığında güclü partlayış baş verib. Partlayış nəticəsində Rusiya hərbi qatarı relsdən çıxaraq aşıb.

Ukrayna kəşfiyyatının açıqlamasına görə, yanacaq sisternləri və yük vaqonlarından ibarət qatar Krıma doğru hərəkət edirmiş. Hücum nəticəsində işğal altındakı Zaporojye vilayəti və Krım arasında Rusiya ordusunun əsas logistik xətti ciddi zərər görüb.

Hadisədən sonra bölgədə “plan-perexvat” rejimi tətbiq olunub. Blok-postlarda yoxlamalar gücləndirilib, xüsusilə də bölgəyə daxil olan və çıxan şəxslərə qarşı sərt nəzarət tədbirləri görülür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyun 2025

02 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR