Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ermənistan və Azərbaycan liderlərinin hərbi qarşıdurmalardan imtina barədə tarixi bəyannamə imzaladıqlarını elan edib.
ABŞ Prezidenti bu barədə avqustun 8-də Vaşinqtonda, Ağ Evdə İlham Əliyev və Nikol Paşinyanla keçirdiyi görüşdən sonra açıqlama verib. Xəbəri Reuters yayıb.
“Biz nəhayət ki, sülhə nail olduq. Ermənistan və Azərbaycan bütün hərbi qarşıdurmaları birdəfəlik dayandırmağı, ticarəti, səfərləri və diplomatik əlaqələri bərpa etməyi, bir-birlərinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi öhdələrinə götürürlər,” – deyə Tramp bəyan edib.
ABŞ Prezidenti əlavə edib ki, Vaşinqton hər iki ölkə ilə enerji, ticarət və texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsinə dair ikitərəfli razılaşma da imzalayır.
“Biz eyni zamanda ABŞ ilə Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlıq məhdudiyyətlərini də aradan qaldırırıq,” – deyə Tramp vurğulayıb.
Musavat.com
10 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ