Onlayn ictimai-siyasi qəzet
Bakı şəhər Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.
Bakı-Qazax magistralının Ələt qəsəbəsindən keçən hissəsində avtomobil Ağcabədi rayon sakini Mais Cəfərovu vurub. Piyada aldığı xəsarətlərdən vəfat edib.
Bildirilib ki, hadisədən əvvəl M.Cəfərovun maşınının benzini bitibmiş. O, avtomobilinə benzin almaq istəyərkən bədbəxt hadisə ilə üzləşib.
"Unikal"ın məlumatına görə, M.Cəfərov sintezator ifaçısı imiş.
22 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ