Onlayn ictimai-siyasi qəzet
Britaniyanın Mançester şəhərinin Heaton Park ərazisində naməlum şəxs sinaqoqa bıçaqla hücum edərək 4 nəfəri yaralayıb.
Musavat.com xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, hücum edən şəxs hüquq-mühafizə orqanları tərəfindən güllələnib.
Hadisə yerində araşdırmalar davam edir və səlahiyyətlilər sakinləri Crumpsall bölgəsindən uzaq durmağa çağırıb.
BBC-nin məlumatına görə, hücum yəhudilərin ən mühüm günlərindən biri olan Yom Kippurda baş verib.
Musavat.com
02 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ