Onlayn ictimai-siyasi qəzet
Amerikalı sahibkar İlon Mask İranın ali dini lideri Əli Xamenidən ABŞ-ın daha böyük, yoxsa ən böyük şeytan olduğunu soruşub.
Musavat.com xəbər verir ki, o, sualı X sosial şəbəkəsində Xamneyinin səhifəsindəki paylaşımın altında yazıb: "Amerika - böyük Şeytan, yoxsa ən böyük Şeytan?"
Bundan əvvəl Xamenei ABŞ-ın Qətərdəki Əl-Udeid hərbi bazasına endirilən zərbəni Vaşinqtonun üzünə "ağır sillə" adlandırmışdı. Onun sözlərinə görə, İranın Yaxın Şərqdə ABŞ-ın əsas mərkəzlərinə zərbələr endirmək iqtidarında olması və lazım bildiyi istənilən vaxt bunu edə bilməsi böyük əhəmiyyət kəsb edir.
Musavat.com
28 Iyun 2025
27 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ