Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri vəzifəsində çalışan Mayk Uolts bir sıra qalmaqallar fonunda vəzifəsindən uzaqlaşdırılıb.
Musavat.com Axios-a istinadən xəbər verir ki, Uoltsın fəaliyyəti təkcə “Signal” messenceri ilə bağlı yaranan mübahisə ilə deyil, həm də administrasiyadakı münasibətləri ilə bağlı tənqidlərə səbəb olub.
Məlumata görə, Uolts Tramp administrasiyasında həm yüksək rütbəli şəxslərlə, həm də Ağ Evin digər əməkdaşları ilə gözlənilən səviyyədə əməkdaşlıq qura bilməyib. Mart ayında baş tutan Qrenlandiya səfəri zamanı vitse-prezident C.D. Vens ona daha komanda şəklində işləmək barədə tövsiyə verib.
Bundan əlavə, mənbələr bildirirlər ki, Uolts Ağ Evin administrasiya rəhbəri Syuzi Uaylsa qarşı sayğısız münasibət sərgiləyib. “O, özünü rəhbər kimi aparırdı, halbuki əslində o, personal idi, Uayls isə prezidentin təmsilçisi”, – deyə Ağ Evdən iki rəsmi bildirib.
Uoltsın mövqeyi xüsusilə bir ay əvvəl Trampla keçirilən görüşdə mübahisəyə səbəb olub. Sosial şəbəkələrdə təsir gücünə malik olan və konspirasiya nəzəriyyələrinin tərəfdarı kimi tanınan Lora Lumer Trampa bəzi əməkdaşların – o cümlədən Uolts tərəfindən təyin olunan şəxslərin – işdən çıxarılmasını tövsiyə edib. Hətta Lumer, Uoltsın Trampı illər əvvəl tənqid etdiyi köhnə bir videonu da təqdim edib.
Uolts Lumerin işdən çıxarılmasını tələb etdiyi bütün əməkdaşları uzaqlaşdırmayıb. Onlardan biri – onun şəxsi aparat rəhbəri Aleks Vonq da hazırda vəzifəsini tərk edir.
Musavat.com
02 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ