İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mən nümunə olacaq insan deyiləm”


Müğənni İradə İbrahimova sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

Musavat.com xəbər verir ki, sənətçi instaqram səhifəsində paylaşım edərək heç kimin nümunəvi bir insan olmadığını bildirib:

"Bəzən nümunə olduğumu yazırsınız. Mən də səmimiyyətinizi hiss edərək səmimi cavab vermək istədim. Nə mən, nə də başqası nümunə olacaq insandır və ola da bilməz. Nümunə olduğunu söyləyənlərin yanından da sürətlə qaçın, uzaqlaşın. Çünki hamımız insanıq və qüsurluyuq, xətalarımız var. İnsanlara bu gözlə baxsanız, daha az bikef olarsınız. Heç bir şey göründüyü kimi deyil. Məncə, heç kimə heyran qalmağa gərək yoxdur".

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 May 2025

BÜTÜN XƏBƏRLƏR