İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur aktrisadan atası ilə bağlı gözlənilməz - Açıqlama

Türkiyənin tanınmış aktrisalarından olan Farah Zeynep Abdullah “Cosmopolitan Türkiye”yə şəxsi həyatı və aktyorluq sənəti ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 20 yaşından uşaq sahibi olmaq istədiyini deyən aktrisa "Atam bu mövzuda məndən də radikaldır. O, mənə dedi ki, evlənməyə ehtiyac yoxdur. Əgər uşaq istəyirsənsə, sperma bankı vasitəsilə dünyaya gətirə bilərsən" deyərək müzakirələrə səbəb olub.

"Münasibətlər, uşaqlar və kişilər, bu mövzular haqqında nə düşünürsünüz?" sualına aktrisa "Mən həqiqətən uşaq istəyirəm. Əslində, 20 yaşımdan gələcək övladlarım üçün videolar çəkirəm. Bu, məsuliyyət hissindən irəli gəlir və çox səmimi, çox real istəkdir. Söhbət təkcə uşaqlarla bağlı deyil, ata obrazının olmasıdır. Atam bu mövzuda məndən daha radikal olub. “Evlənmək məcburiyyətində deyilsən, uşağı sperma bankı vasitəsilə dünyaya gətirə bilərsən" deyir. Çünki mənim bir hissəm hələ də “Mən tək qalmaq istəmirəm” deyir”.

 

Könül
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR