Onlayn ictimai-siyasi qəzet
Türkiyənin məşhur müğənnisi Murat Dalkılıç Şanlıurfada verdiyi konsert zamanı xoşagəlməz hadisə ilə üzləşib.
Musavat.com xəbər verir ki, səhnəyə ard-arda plastik şüşələrin atılması müğənninin çıxışını çətinləşdirib.
Dalkılıç bir neçə dəfə tamaşaçılara xəbərdarlıq edərək bu hərəkətin yolverilməz olduğunu bildirib. O, əsəbi şəkildə deyib:
"Dostlar, nə edirsiniz axı? Baxın, çıxıb gedərəm, doğrudan gedərəm!"
Konsert zamanı səhnəyə tərəf atılan plastik butulkalar ön sıralarda dayanan bəzi tamaşaçıların başına dəyib. Bəzi şüşələr isə birbaşa müğənninin dayandığı səhnəyə qədər çatıb. Bütün bunlar Murat Dalkılıç üçün səhnədə çətin anların yaşanmasına səbəb olub. O, konserti çətinliklə də olsa sona çatdırıb və tamaşaçılara bir daha bu cür davranışların qəbuledilməz olduğunu bildirib.
Qeyd edək ki, Murat Dalkılıç burnundakı anadangəlmə problemə görə 11 dəfə əməliyyat olunub.
Musavat.com
02 Iyun 2025
01 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ